VAKANSİYA

12 Aprel

Unicapital  işçi axtarır – VAKANSİYA

Unicapital Hüquqi işlər üzrə baş menecerin müşaviri vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali hüquqi təhsil (magistr və ya ona uyğun təhsilə üstünlük veriləcək);
  • Korporativ hüquq və ya hüquqi konsaltinq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Layihə və ya işçi qrup tərkibində minimum 1 il iş təcrübəsi;
  • Maliyyə sektoru qanunvericiliyini bilmək;
  • Danışıqlar aparmaq (tərəf müqabilləri və dövlət orqanları ilə) bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
  • Fəaliyyət/layihə planları və ona uyğun icra müddətləri çərçivəsində sərbəst işləmə bacarığı;
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis və Rus dilləri üzrə orta səviyyədə danışıq və yazı vərdişləri;
  • Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook),  İnternetdə işləmə bacarığı);
  • Digər komanda üzvləri ilə əlaqədə işləmək bacarığı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Qanunvericilikdə baş verən və şirkətin əsas fəaliyyətinə və iştirak/icra etdiyi layihələrə təsir edə biləcək dəyişiklikləri müntəzəm izləmək;
  • Eyni/oxşar vəzifədə daha öncə çalışmış namizədlərə üstünlük veriləcək.

Əsas vəzifə öhdəlikləri:

  • Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə zəruri hüquqi dəstəyi təmin etmək;
  • Həyata keçirilən biznes layihələri ilə bağlı dövlət orqanlarında qeydiyyat, ləğv, lisenziyalaşdırma və s. işləri bilavasitə həyata keçirmək;
  • Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, zəruri olduqda hüquqi sənəd formalarını hazırlamaq;
  • Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə hüquqi tənzimlənməni hazırlamaq, icrasını həyata keçirmək və qanunauyğunluğunu təmin etmək;
  • Müvafiq istiqamətlər üzrə hüquqi risklər barədə rəhbərliyi mütəmadi olaraq məlumatlandırmaq və zəruri məsləhətlər vermək;
  • Müxtəlif işçi qrupların və layihələrin tərkibində iştirak etmək, həmçinin tələb edildikdə müstəqil (fərdi) olaraq tapşırıqları icra etmək;
  • Şirkətin törəmə müəssisələri ilə hüquqi işin təşkili və icrası;
  • MA məsələləri üzrə hüquqi dəstəyi təmin etmək;
  • Audit yoxlaması nəticələri əsasında effektiv fəaliyyət planları hazırlamaq və icra etmək.

İş saatları: 9:00 - 18:00.

Müraciət mövzusunda “Hüquqi işlər üzrə Baş Menecerin müşaviri” qeyd edilərək [email protected] mail adeüsinə CV-lərinizi yollaya bilərsiniz.