VAKANSİYA

08 Aprel

Kapital Bank təcrübə proqramı edir

Kredit Anderraytinqi Departamenti daxilində KOS kreditlərin təhlili üzrə "Bizdən Biri" təcrübə proqramı

Ümumi məlumat

“Kapital Bank” ASC öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün Kredit Anderraytinqi Departamenti daxilində KOS kreditlərin təhlili üzrə "Bizdən Biri" təcrübə proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Müraciətlər əsasında Kiçik və orta sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatları aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirmək;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
  • Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat/Maliyyə/Mühasibatlıq/Menecment və s. ixtisaslar üzrə arzu olunandır);
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Maliyyə hesabatları üzrə ümumi biliklər;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Komandada işləmə bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az  portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.