VAKANSİYA

24 Aprel

AFB Bank işçi axtarır – VAKANSİYA

AFB Bank Əməliyyatlar strukturu üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • SWIFT, AZİPS, XÖHKS sistemlərində işləmək bacarığı;
  • Müştəri yönümlülük;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Ünsiyyət, problem həll etmə bacarığı.

İşin təsviri:

  • Bankın və müştərilərin ödəniş tapşırıqlarının müvafiq normativ aktlara uyğunluğunu, həmin tapşırıqlarda olan rekvizitlərin Bankın daxili əməliyyat və ödəniş sistemlərinə düzgün daxil edilməsini yoxlamaq;
  • Bankın və müştərilərin xeyrinə daxilolmaları müvafiq hesablara işləmək;
  • Təcili pul köçürmə sistemləri üzrə hesablaşmaları aparmaq;
  • Müştərilərdən yığılan kommunal və mobil rabitə haqları üzrə ödənişlərin təyinatı üzrə köçürülməsi üçün ön ofislərdən hesabatları qəbul etmək;
  • Banklarda açılmış müxbir hesabın və klirinq hesabının qalığına nəzarət etmək və əməliyyat gününün sonunda alınmış hesabdan çıxarış sənədlərini üzləşdirmək;
  • Müəyyən olunmamış məbləğlər, xidmət haqları və digər əməliyyatlar üzrə müvafiq müxabirləşmələrin verilməsini təmin etmək;
  • SWIFT sistemi vasiləsilə bank və müştəri köçürmələrini icra etmək;
  • Müxbir banklarla danışıqlar aparmaq, hesabların açılması üçün tələb olunan sənədlər toplusunu hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.