VAKANSİYA

17 Aprel

Baku Electronics işçi axtarır – VAKANSİYA

Baku Electronics CRM Promouter vəzifəsinə işçi axtarır.

Xüsusi Tələblər:

  • Orta və ya ali təhsil;
  • Yüksək şəkildə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus dili biliyi mütləqdir);
  • Dinamik və aktiv olmaq;
  • MS Office (Outlook, MS Word, Excel) proqramlarından istifadə etmək.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək;
  • Müştərilərə bonus kartları və kart balansı haqqında məlumatları ətraflı və düzgün şəkildə çatdırmaq;
  • Müştəri məlumatlarını sistemə daxil etmək və müştəri kartını qeydiyyata almaq;
  • Müştəri-Anket formasını tərtib etmək;
  • Anket formasında qeyd olunmuş məlumatları proqrama düzgün şəkildə daxil etmək;
  • Müştəriləri qəbul etmək, müştəri müraciəti və şikayətlərini təyinatı üzrə yönləndirmək;
  • Şikayətlərin statuslarını qeyd etmək;
  • Problemli müştərilər ilə ünsiyyət quraraq problemin həllində köməklik göstərmək və müştəri məmnuniyyətini təmin etmək;
  • Müştərilərlə etik qaydalara uyğun olaraq şifahi və yazılı şəkildə ünsiyyət qurmaq.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu hissəsində “CRM Promouter” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.