“Bank Respublika” ASC “Bərdə” filialı üçün Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
- Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
- Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
- Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
- Yüksək səviyyədə satış etmək bacarığı;
- Korporativ müştərilərlə işləmək bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2022-ci il tarixinədək emailin mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bərdə filialı) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.