VAKANSİYA

06 Aprel

Gİlan Tekstil Parkı işçi axtarır – VAKANSİYA

Gİlan Tekstil Parkı Hüquqşünas vəzifəsinə  işçi axtarır

Vəzifə öhdəlikləri:

  • Departamentə daxil olan sənədlərin ilkin ekspertizası;
  • İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili;
  • Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəf təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
  • Müqavilələrin reyestrinin və elektron arxivini aparmaq;
  •  Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, proseduralar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışları vermək;
  • Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə və digər qurumlarda təmsil etmək və bütün zəruri prosessual imkanlardan istifadə etmək;

Namizədə tələblər:

  • Ali təhsil və ya magistr dərəcəsi (aidiyyatı sahə üzrə) 
  • Oxşar vəzifədə ən azı üç il təcrübəsi.
  • Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır.

İş şəraiti:

  • Həftə ərzində 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;

CV-lərinizi [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.