VAKANSİYA

06 Aprel

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC PL/TMM şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Müştəri əməliyyatlarının monitorinqinin aparılması, qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, araşdırılması;
  • PL/TMM proqram təminatında müştəri profilinin və bank əməliyyatlarının təhlilinin aparılması;
  • PL/TMM proqram təminatında monitorinq təyinatlı “biznes ssenarilərin” yazılması;
  • Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması, yazışmaların və şifahi danışıqlarının aparılması;
  • Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;
  • PL/TMM şöbənin fəaliyyətinə aid olan sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint), Notepad++;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Təşəbbüskarlıq və novatorluq;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 aprel 2022-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin kiçik mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.