Avrora Vergi Hesablamaları üzrə Mühasib vəzifəsinə işçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Bank çıxarışlarının işlənməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Debitor və kreditor hesablaşmalarına nəzarət olunması;
- BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Vergi Məcəlləsi üzrə ümumi biliklər;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Onlayn kargüzarlıq və e-qaimə portallarından istifadə etmə bacarığı;
- ACCA sertifikatı üstünlük hesab olunur.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil : Ali (Riyazi və ya İqtisadi ixtisaslar üstünlük hesab olunur);
- İş təcrübəsi: Vergi sahəsi üzrə minimum 2 il;
- Kompüter bilikləri: Microsoft Office (xüsusilə MS Excel) və 1C proqramlarında işləmək bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-dən 18:00-dək;
- İş yeri : STN Biznes Mərkəzi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
- Sağlamlıq sığortası;
- Həyat sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi Hesablamaları üzrə Mühasib” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.