AzəriMed QSC Təlim və inkişaf üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Tələblər:
Təhsil: Ali təhsil;
Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst yazışma və ünsiyyət qurma bacarığı (İngilis dili üstünlükdür);
Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli;
Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
Güclü təşkilati bacarıqlara malik olmalı;
İşgüzar yazışma əsaslarını bilməli;
Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
İllik Təlim planını tərtib etmək;
Şirkətin illik təlim ehtiyaclarını müəyyənləşdirmək;
Təlim üzrə strategiya hazırlanmaq və icra etmək;
İşə qəbul olunan yeni əməkdaşlar üçün oriyentasiya planı hazırlanmaq, uyğun olaraq təlimləri təşkil etmək;
Təlimlərin sistemli şəkildə keçirilməsini təmin etmək;
Təlim materiallarını hazırlamaq və daim yeniləmək;
Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar hazırlamaq.
İş şəraiti:
İş qrafiki: Tam iş günü
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Əmək haqqı: 700 AZN (Gross)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi 25 apreldir.