Yapi Kredi Bank Fraud şöbəsinin köməkçisi, mütəxəssis vəzifəsinə işçi axtarır.
Tələblər:
- Bankdaxili qaydalara, təlimatlara, qərar və sərəncamlara riayət edilməsi;
- Bank sirrinin saxlanılmasını təmin etmək;
- 1-2 il Bank təcrübəsinin olması
Əsas iş funksiyaları:
- Kredit kartı/Debit kartı,POS terminal,İnternet bankçılıq /Mobil bankçılıq,Kənar kanallardan gələn ödəniş əməliyyatlarının doğruluğunu və müştərilər tərəfindən və ya müştərilərin məlumatları daxilində icra olunduğunu müəyyən etmək məqsədilə departament rəhbəri tərəfindən açıqlanan və ssenarilərin risk dərəcələrinə görə nəzərdə tutulmuş tədbirləri (müştərinin mobil və ya ev telefonuna zəng, müştəri ziyarəti, davamlı analiz, və sair) həyata keçirmək.
- Kredit kartı/Debit kartı,POS terminal,İnternet bankçılıq /Mobil bankçılıq üzrə fırıldaqçılığa məruz qalan müştərilərin əməliyyatlarını bankın prosedurlarına uyğun icra etmək, müştərilərin məlumatlandırılmasını və şikayətlərinin cavablandırılmasını təmin etmək, lazım olduqda kart və ya POS terminal statuslarını bağlamaq.
- Qeyri iş günləri və qeyri iş saatlarında ATM əməliyyatlarının təhlükəsizliyinin təmin etmək məqsədilə lazımi tədbirləri həyata keçirmək.
- Təyin olunmuş təlimata, meyarlara əsasən zəngləri cavablandırmaq;
- Muştəri çətinliyini muvafiq şöbəyə yönləndirmək;
- Fırıldaqçılığın qarşısını almaq üçün, əvvəldən ehtimal olunan fırıldaqçılıq hallarını müəyyən etmək və bunları aşkarlamaq üçün lazımlı yoxlamaları icra etmək .
CV-lərinizi [email protected] email ünvanına göndərmənizi xahiş edirik.
Müraciət üçün son tarix 30 apr 2022.