VAKANSİYA

03 Aprel

PASHA Insurance işçi axtarır – VAKANSİYA

PASHA Insurance Satınalmalar üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə və Öhdəliklər:

  • Təşkilatı inkişaf istiqamətində proseslərin, platformaların, motivasiya və inkişaf proqramlarının yaradılması və idarə edilməsində dəstək göstərilməsi;
  • Təşkilati inkişaf istiqamətində funksiyaların illik daxili məmnuniyyət sorğularını keçirərək boşluqların müəyyən olunması və aradan qaldırılması üçün tədbirlər planının təklif olunması;
  • Departament daxilində iş effektivliyinin artırılması məqsədi ilə mövcud olan proseslərdə boşluqların təyin olunması və təkmilləşdirilməsi üçün tədbirlər planının tərtib olunması və icrası;
  • Müxtəlif istiqamətlər və bloklar arasında kommunikasiyanı və motivasiyanı təmin etmək üçün komanda quruculuğu tədbirlərinin və proqramlarının təşkil olunması;
  • Şirkət xarici təşkilatlarla əlaqələrin qurulması və partnyorluq münasibətlərinin yaradılması; (namizəd bazası, şirkətin reputasiyasına təsir edən tədbir və ya sponsorluqlar, karyera sərgiləri, karyera mərkəzləri, sorğular və s.)
  • İşəgötürən markası (employer branding) istiqaməti üzrə agendann formalaşdırılması və icrası;
  • Şirkət daxilində vəzifələr üzrə qiymətləndirmə (grading) sisteminin tətbiq olunmasında və mütəmadi olaraq yenilənməsində dəstək göstərilməsi;
  • Şirkət daxilində təşkilati psixologiya mövzusunda araşdırmaların aparılması və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər planının tərtib olunması və icrası;
  • Şirkət daxilində müştəri yönümlülük mədəniyyətinin inkişafı və müvafiq təşəbbüslərin icrası;
  • Əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsini, aktivliyini və inkişafını təşviqedici platformaların idarə olunmasında dəstək göstərilməsi; 
  • Yeni kommunikasiya kanallarının yaradılması, idarə olunması və mövcud kanalların gücləndirilməsi və effektivliyinin artırılmasında dəstək göstərilməsi;
  • Performansın və istedadların idarəolunması istiqamətində layihələrin icrasına dəstək göstərilməsi;
  • Birbaşa rəhbərin tapşırığına əsasən vəzifə təlimatınında qeyd olunmayan işləri icra etmək.

Bilik və göstəricilər:

  • Ali təhsil;
  • Dil bilikləri yazılı və şifahi Azərbaycan, ingilis və rus dillərini yaxşı bilmə;
  • Kompyuter bilikləri yüksək səviyyədə microsoft office proqramından istifadə etmək;
  • Yüksək təqdimat bacarıqları, yüksək excel bacarıqları və vizuallaşdırma qabiliyyəti, layihələrin idarəolunması istiqamətində bilikləri olan namizədlərə üstünlük veriləcək.

Təcrübə:

  • Bu sahə üzrə təcrübənin olması arzuolunandır.

Bacarıqlar:

  • Analitik düşüncə;
  • Güclü kommunikasıya bacarığı.

Son müraciət tarixi: 15 aprel 2022

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi  [email protected] mail adresinə göndərin.