VAKANSİYA

02 Aprel

Kontakt Home işçi axtarır – VAKANSİYA

Kontakt Home Satınalma üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Hesabatların hazırlanması və analiz olunması.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan, Rus və İngilis dilləri biliyi;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Satınalma üzrə vacib olan hüquqi biliklər;
  • Xarici bazar biliyi;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər  linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.