VAKANSİYA

22 Mart

Bank Respublika işçi axtarır - VAKANSİYA

Bank Respublika öz fəaliyyətini 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.

Bank 22 may 1992-ci il tarixində fəaliyyətə başlayıb

Bank geniş spektr maliyyə xidmətləri göstərir

Vakansiya - Maliyyə və bazar risklərinin idarə edilməsi üzrə mütəxəssis-baş mütəxəssis

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyasının qiymətləndirilməsi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak;

  • Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;

  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;

  • Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsində iştirak;

  • Bazar riskləri üzrə stress testlərin aparılması, riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;

  • Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;

  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;

  • Analitik təhliletmə qabiliyyəti;

  • Komandada işləmək bacarığı;

  • Operativlik, dəqiqlik və səliqəlilik;

  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 mart 2022-ci il tarixinədək emailin mövzu hissəsində Maliyyə və bazar risklərinin idarə edilməsi üzrə mütəxəssis-baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.