VAKANSİYA

22 Mart

Kredit üzrə mütəxəssis -VAKANSİYA

EMSAN 1971-ci ildə Türkiyədə qurulub. 40 ildən çoxdur istifadəçilərinə mətbəx eşqi aşılayan EMSAN 3 ildən çoxdur Azərbaycanda gənc ailələrin və mətbəxdə vaxt keçirməyi sevən bütün qadınların vazkeçilməz seçimləri sırasındadır. 3 il kimi qısa bir müddətdə on minlərlə Müştəri EMSAN AİLƏMİZƏ qoşulmuşdur. Mətbəxini əlinin dəydiyi ləzzətlərlə zənginləşdirmək istəyən qadınlar üçün həmişə daha keyfiyyətli, daha zərif və yeniliklərlə həmişə daha təzə qalmağa davam edəcəyik.

Dəyərlərimiz – Bizimlə birlikdə karyeralarında zirvəyə addımlayan əməkdaşlarımız və çalışanlarımızı ailəsi kimi sevən siz müştərilərimizdir.

Missiyamız – Keyfiyyətli xidmət göstərib, büdcənizə uyğun məhsullar təklif etməkdir.

Vizyonumuz – Azərbaycanda bütün evlərə EMSAN məhsulları ilə xoşbəxtlik gətirməkdir.

Vakansiya: Kredit üzrə mütəxəssis

Tələblər:

  • Cinsi: Kişi

  • Yaş: 22 – 28 yaş arası

  • Təhsil: Ali təhsili

  • Azərbaycan dilini  səlis bilməlidir

  • İş təcrübəsi: Kredit  mütəxəssisi üzrə azı 1 il iş stajı

  • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;

  • Komandada işləmək bacarığı;

  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;

  • Riyazi hesablama aparmaq qabiliyyəti.

  • Dəqiq, aktiv, çevik və işinə qarşı  məsuliyyətli olmalı

  • Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti

  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan

Vəzifələr:

  • Müştəriyə malların kreditlə  satılması barədə ətraflı məlumat vermək;

  • Kredit müraciətlərinin qəbulu və analizi;

  • Kredit portfelinə nəzarət və idarə etmək;

  • Kreditlə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;

  • Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;

  • Kreditlə  satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;

  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;

  • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

İş şəraiti:

  • Əmək haqqı: 500 AZN + Bonus

  • İş rejimi: 6 günlük iş rejimi 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keredit üzrə mütəxəssis” qeyd edərək  şəkili CV-lərinizi elektron ünvanına göndərməyiniz  xahiş olunur.