"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Hal-hazırda Mühasib vakansiyası üzrə müsabiqə elən edir
Namizədə Tələblər:
-
Müfaviq sahə üzrə ali təhsil
-
Yaş həddi: 21 - 45 yaş
-
Staj: 2 – 4 il
-
Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
-
Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
-
AR Vergi Məcəlləsini bilmək
-
1C mühasibatlıq proqramında işləmək bacarağı
-
İşində ciddi və məsuliyyətli olmalı
-
Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
-
İstehsal şöbəsi ilə məhsulun resepturasının hazırlanması prosesində iştirak etmək
-
Məhsulun maya dəyərinin hesablanması
-
Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
-
Daxili yerdəyişmə qaimələrinin yazılması
-
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
-
Müştəri və tədarükçülərlə üzləşmə aktlarının hazırlanması
-
Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
-
Müştəri müqavilələrin hazırlanması
-
Gündəlik satış sənədlərinin 1C proqramında işlənilməsi
-
Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
-
Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
-
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
Əmək haqqı: 1000-1200 AZN
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
-
Ünvan
Bakı / Azərbaycan, Xəzər r-nu, Buzovna qəs., Albalı
-
Əlaqə nömrəsi 012 565 17 89