VAKANSİYA

18 Mart

AzerGold işçi axtarır - VAKANSİYA

İT mütəxəssis

 Son tarix 17 apr 2022 

İş yeri: Bakı şəhəri

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətdə istifadə olunan şəbəkə və texniki periferiya avadanlıqlarına texniki xidmət göstərilməsini, profilaktik tədbirlər həyata keçirilməsini, zərurət olduqda, onların texniki hissələrinin təmir edilməsini və ya dəyişirdirilməsini təmin etmək məqsədilə tədbirlər

  • Cəmiyyətin korporativ lokal şəbəkəsinin təhlükəsiz fəaliyyətinə  nəzarət edilməsində iştirak etmək;

  • Cəmiyyətdə istifadəçilərin keyfiyyətli və fasiləsiz internet bağlantısının olmasına nəzarət edilməsində iştirak etmək və istifadəçilərdə elektron poçtun keyfiyyətli və fasiləsiz işini təmin edilməsində iştirak etmək;

  • İstismar olunan kompüter avadanlıqlarına texniki baxış keçirilməsində, təmir və yeniləmə təkliflərin irəli sürülməsində iştirak etmək;

  • Cəmiyyətin mərkəzləşdirilmiş internet və şəbəkənin, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil etmək, onları quraşdıran şirkətlərlə müqavilələr bağlandıqda şərtlərin müəyyən edilməsində iştirak etmək, onların iş fəaliyyətinə nəzarət etmək və  qüsurlar aşkar etdikdə aidiyyəti üzrə aradan qaldırılmasını təşkil edilməsində iştirak etmək;

  • Cəmiyyət üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsində iştirak etmək;

  • İnformasiya təhlükəsizliyi üçün lazımi tədbirlərin həyata keçirilməsində iştirak etmək;

  • Elektron sənəd dövriyəsi sistemində şöbəyə aid sənədlərin yerləşdirilməsini və nəzarəti təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur 

  • Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır; 

  • Komandada işləmə, ünsiyyət bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  •  Tələb olunan sahə üzrə ali təhsil;

  •  Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.