PAŞA Holding, qeyri-maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərində (PAŞA İnşaat, Abşeron Hotel Group, Bravo supermarketlər şəbəkəsi, Agro Dairy və s.) Daxili audit xidmətinə təcrübəli namizədləri Qrup rəhbəri/Baş Auditor/Aparıcı Auditor vəzifələrinə işə dəvət edir.
Əsas tələblər:
- Ali təhsil
- Müvafiq sahədə təcrübəsi (müddət vəzifədən asılı olaraq dəyişir) – audit, risk, daxili nəzarət, maliyyə, mühasibatlıq, pərakəndə satış üzrə iş təcrübəsinə üstünlük verilir
- Azərbaycan və ingilis dilləri üzrə adekvat bilik səviyyəsi
- Analitik düşüncə və ünsiyyət qurma bacarığı
- Fərdi şəkildə və komanda ilə işləmək qabiliyyəti
- CİA, ACCA və ya digər müvafiq sertifikasiyanın olması üstünlükdür
Müraciət etmə qaydaları:
Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və uyğunluq (komplayens) kimi sahələrdə təcrübəsi olan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- Mövzu sətrində “Non-Finance” qeyd olunmalıdır;
- CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə [email protected] e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.