Nəzarət departamentinin müxtəlif istiqamətlərində "Bizdən Biri" adlı təcrübə proqramı
Ümumi məlumat
“Kapital Bank” ASC namizədləri Nəzarət Departamentinin aşağıda adları qeyd olunan istiqamətləri üzrə Bizdən Biri Təcrübə Proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
- Mikro kreditlərin monitorinqi;
- Biznes kreditlərinin monitorinqi;
- Operativ nəzarət şöbəsi;
- Xarici nəzarət şöbəsi;
- Kassa və bankomatlara nəzarət.
Öhdəliklər
- Yönləndiyi sahədə aktiv olmaq;
- Prosesi tez bir zamanda qavramaq və töhfə vermək;
- Dinamikaya uyğunlaşmaq və s.
Tələblər
- Ali təhsil (İqtisadiyyat/Maliyyə/Mühasibatlıq/Menecment və s. ixtisaslar üzrə arzu olunandır);
- Excel və SQL üzrə başlanğıc biliklər;
- Risklərlə bağlı fundamental biliklər;
- Maliyyə təhlili bilikləri;
- Davranış və kommunikasiya bacarığı;
- Öyrənməyə həvəsli;
- Komandada işləmə bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.