Baku Electronics Satış məsləhətçisi vəzifəsinə işçi axtarır.
Xüsusi tələblər:
- Orta və ya ali təhsil;
- Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərini bilməsi arzu olunandır);
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv satış bacarığı;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.
Vəzifə öhdəlikləri:
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
- Məhsulu müştəriyə təqdim etmək;
- Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
- Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
- Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
- Satışın artırılması məqsədilə müştəriləri daim inandırmaq və məlumatlandırmaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.