VAKANSİYA

14 Mart

Beynəlxalq Bank işçi axtarır – VAKANSİYA

ABB Korporativ CRM şöbəsinə əməkdaş vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Müştərilərə dair məlumatları CRM sistemində əks olunması istiqamətində işləri həyata keçirmək;
  • Satışların planlaşdırılmasında müştəri menecerlərinə aid portfellər üzrə zəruri dəstək göstərmək;
  • CRM sistemində yaranan uyğunsuzluqları inteqratorla araşdırmaq və aradan qaldırmaq;
  • CRM sistemində yeni imkanları araşdırmaq və onlar tətbiq etmək;
  • Mütəmadi olaraq bacarıq və təcrübənin inkişaf yollarını axtarmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Yüksək səviyyədə SQL biliklərinə(Java/Pyhton proqramlaşdırma dili üzrə biliklərin olması aruzolunandır);
  • Yaxşı səviyyədə MS Office proqramları biliklərinə;
  • CRM platformasından istifadə edərək iş həllərinin təmini üzrə təcrübəyə;
  • Analitik düşünmə və təhlil qabiliyyətinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə  careers.abb-bank.az    portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.