Embafinans Hüquqşünas vəzifəsinə işçi axtarır.
İş qrafiki : 5 günlük / saat 09:00 – 18:00
İşin təsviri:
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;- Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq
- Təşkilata daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Məhkəmələrlə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq;
- Müxtəlif məsələlər və ya təcrübələr üzrə hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, koordinasiyası və yekunlaşdırılması.
- Müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək.
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək; müqavilələrin reyestrini aparmaq;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
Tələblər:
- Ali hüquq təhsili;
- Hüquq sahəsində ən azı 1 il təcrübə;
- Dəqiqlik və ehtiyatlılıq bacarığı;
- Komanda ilə işləmək bacarıqları;
- MS Office proqramlarında mükəmmək istifadə bacarığı.
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Hüquqşünas” qeyd edib [email protected] ünvanına göndərəsiniz.