Dövlət Məşğulluq Agentliyi Mütəxəssis (İnşaat və ya sənaye sahəsi üzrə laborant) vəzifəsinə işçi axtarır.
Strukturun Adı: Bakı Peşə Hazırlığı Mərkəzi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- Standartlarda, texniki şərtlərdə, istehsalın texnoloji reqlamentlərində nəzərdə tutulmuş təhlilləri həyata keçirmək;
- Laboratoriyalarda sınaq avadanlıqlarının, ölçmə vasitələrinin yaxşı vəziyyətdə olmasına nəzarət etmək və nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək, laboratoriya rəhbərinə məlumat vermək;
- Müəyyən edilmiş formada laboratoriya jurnallarında sınaq nəticələrinin qeydiyyatını, zəruri hesablamaları və qeydləri aparmaq;
- Məhsulların hazırlanması üzrə işləri vaxtında və səmərəli şəkildə həyata keçirmək;
- Laboratoriya rəhbərinin göstərişi ilə plandankənar analizlər aparmaq;
- İş yerinin təmizliyinə, laboratoriya şüşə qablarının təhlükəsizliyinə, analiz üçün lazımi məhlulların və reagentlərin mövcudluğuna nəzarət etmək;
- Təhlükəsizlik qaydalarına, yanğından mühafizə, ekoloji təhlükəsizlik və daxili əmək qaydalarına riayət etmək.
Bilməlidir:
- Sağlamlıq və Əməyin Təhlükəsizliyi qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını;
- Milli keyfiyyət qaydalarının texniki standartlarını;
- İstehsaldan qaynaqlanan ekoloji riskləri;
- Dağıdıcı və qeyri-dağıdıcı üsul ilə aparılan sınaqları;
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali;
- İş stajı: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər Və Bacarıqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnşaat və ya sənaye sahəsi üzrə laborant” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi //www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.