“Bank Respublika” ASC Rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- İnternet üzərindən planlaşdırılma, SEO/SEM, marketinq məlumat bazası, email, sosial media və display reklam kampaniyalarının həyata keçirilməsi;
- Sosial media fəaliyyətinin dizaynı, qurulması və planlaşdırılması;
- Bütün rəqəmsal marketinq kampaniyalarının ölçülməsi, hesabatın icrası və hədəflərə uyğun qiymətləndirmə (ROI və KPIs);
- Tendesiyalar, ideyaların müəyyənləşdirilməsi və onlara əsasən fəaliyyətin optimallaşdırılması;
- Eksperimentlər və Konversiya testlərinin ölçülməsi, planlaşdırılması və icra olunması;
- Açılış səhifələri (landing pages) yaratmaq və istifadəçi təcrübəsinin optimallaşdırılması üzrə komandadaxili əməkdaşlıq etmək;
- Müxtəlif kanallar və müştəri toxunuş nöqtələri vasitəsilə, müştəri təcrübəsinin qiymətləndirilməsi üzrə analitik təhlilin aparılması;
- Alət konversiya nöqtələri və istifadəçi filterinin optimallaşdırılması;
- Agentliklər və digər satış tərəfdaşları ilə əməkdaşlıqların həyata keçirilməsi;
- Yeni texnologiyaların qiymətləndirilməsi və zəruri hallarda rəhbərliyə təqdimatın hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (marketinq və ya müvafiq sahə üzrə təhsil);
- İş təcrübəsi: rəqəmsal marketinq sahəsi üzrə minimum 3 il;
- SEO/SEM, marketinq məlumat bazası, email, sosial media və display reklam kampaniyalarının həyata keçirilməsi və planlaşdırılması üzrə təcrübə;
- Hədəf auditoriyasının təyin olunması və əlaqələndirici, məlumatlandırıcı və ruhlandırıcı rəqəmsal marketinq kampaniyalarının hazırlanması üzrə yüksək səviyyədə təşəbbüskarlıq;
- İstifadəçi filteri və açılış səhifələrinin optimallaşdırılması üzrə təcrübə;
- A/B və çoxölçülü eksperimentlər üzrə təcrübə;
- Google Adwords kampaniyalarının qurulması və optimallaşdırılması üzrə təcrübə;
- Veb analitika alətləri üzrə yüksək səviyyədə biliklər;
- Reklam xidməti alətləri üzrə praktiki biliklər;
- HTML, CSS, and JavaScript üzrə minimal biliklər;
- Onlayn Marketinq sahəsi üzrə ən son trendlər və uğurlu təcrübələr üzrə məlumatlar;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point);
- Məlumatların idarə olunması üzrə düşünmə və analitik təhliletmə qabiliyyəti (data-driven thinking);
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Rəqəmsal marketinq üzrə mütəxəssis qeyd edərək 23 mart 2022-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.