İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İctimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və filologiya üzrə üzrə təhsil alanlara üstünlük verilir);
- Analitik, təqdimat və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək bacarığı;
- Kreativlik,yaradıcı təxəyyülə malik olma;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və rus dili biliyi yaxşı səviyyədə);
- Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarıqları;
- Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;
- Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
- Ezamiyyə səfərlərinə getmək imkanı.
Görəcəyiniz işlər:
- Qurumun ictimaiyyətlə əlaqələr üzrə strategiyasının həyata keçirilməsi;
- İctimaiyyətlə əlaqələr sahəsində layihə və tədbirlərin təşkili və idarə olunması;
- KİV-lə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlərin təşkili;
- Hesabatların, məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması və redaktəsi;
- KİV-dən daxil olan sorğuların cavablandırılması;
- Çap materiallarının məzmununun hazırlanması və redaktəsi;
- Qurumun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 03.04.2022-ci il;
- CV-lər aşağıda qeyd olunan [email protected] e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.