Ferrum Capital Alternativ satış kanalları üzrə kiçik mütəxəssis (Telemarketinq) vəzifəsinə işçi axtarır.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil;
- 21-29 yaş aralığında gənclər;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Alternativ satış kanalları üzrə kiçik mütəxəssis nə iş görür?
- Bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zənglər etmək;
- Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
- Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:30 – 18:30
- Əmək haqqı: 300 -500 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Alternativ satış kanalları üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.