PASHA Insurance Zərərlərin qiymətləndirilməsi və təmir üzrə təcrübəçi vəzifəsinə işçi axtarır.
Vəzi̇fə Və Öhdəli̇klər:
- Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
- Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsində dəstək
- Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərərin müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılmasında dəstək
- Yekun zərərin təyin edilməsində dəstək və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
- Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkilində dəstək
- Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi
- Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olduğu təqdirdə, bunun təmin edilməsi
Bi̇li̇klər:
- Natamam Ali və ya Ali təhsil – Texniki sahədə təhsil arzu olunandır
- Yol nəqliyyat hadisələri haqqında biliklər arzu olunandır
- Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq arzu olunandır
- Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır
Bacarıqlar:
- Yaxşı ünsiyyət bacarığı
- Stressə davamlılıq
- Təşəbbüskarlıq
- Məqsədyönlülük
- Emosional stabillik və məsuliyyətli olmaq
Son müraciət tarixi: 15 Mart 2022
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.