“Bank Respublika” ASC Kredit proseslərinin inkişafı şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Bankdaxili prosesləri izləmək, təhlil etmək və onların təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
- Texniki tapşırığın hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
- Bankın İT bölməsi, biznes departamentləri və vendorlar ilə effektiv ünsiyyət qurmaq;
- Təkmilləşdirilməsinə ehtiyac olan prosesləri müəyyən etmək və araşdırmanın nəticəsi barədə hesabat təqdim etmək;
- Layihələrin keyfiyyəti, zamanı, büdcəsi və risklərinə nəzarət etmək;
- Layihə və texniki sənədləşməni aparmaq;
- Şöbənin fəaliyyəti ilə bağlı daxil olan müxtəlif məzmunlu sorğuları cavablandırmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Minimum 1 il bank sahəsində (əsasən kredit sahəsi üzrə) təcrübənin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Yüksək səviyyədə ünsiyyət qurmaq qabiliyyəti;
- Təhliletmə qabiliyyəti;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Kredit proseslərinin inkişafı şöbəsinin mütəxəssisi qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.