VAKANSİYA

27 Sentyabr

Badamlı işçi axtarır

Badamlı” Mineral Sular Satış Mərkəzi Satış təmsilçisi vakansiyasını açıq elan edir.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Korporativ telefon
• Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları

Bizim üçün ideal namizəd:

• Orta ixtisas təhsili, ali təhsili olanlara üstünlük verilir
• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan
• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
• Danışıqlar aparmaq və yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
• Satış terminalları ilə işləmək
• Şəxsi avtomobil (yanacaq və amortizasiya xərcləri Şirkət tərəfindən ödənilir)
• Bakı (müvafiq regionu) şəhərini yaxşı tanımaq
• Kompüter və MS Office proqram bilikləri

Görəcəyiniz işlər:

• Müəyyən olunmuş ərazidə yerləşən müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
• Məhsulların çeşidləri üzrə maksimum satışını həyata keçirmək
• Satılmış məhsullara görə ödənişlərin yığılmasını həyata keçirmək
• Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
• Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Satış təmsilçisi")