VAKANSİYA

24 Sentyabr

AFB Bank işçi axtarır

AFB Bank Əməliyyatlar Strukturu Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
• MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;
• Analitik düşünmə qabiliyyəti;
• Yüksək səviyyədə təqdimat bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
• İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;
• Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
• İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
• Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;
• Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
• Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
• Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
• Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkil edilməsi;
• Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.