VAKANSİYA

22 Sentyabr

AFB Bank işçi axtarır

AFB Bank İT Strukturu Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;
• TCP/IP və OSI modeli haqqında dərin biliklər,
• L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında biliklər və iş təcrübəsi;
• NGFW-lar (Palo Alto, FortiGate) haqqında biliklər və iş təcrübəsi,
• Web Application Firewall üzrə biliklər və iş təcrübəsi,
• İP Telefoniya bacarıqları (Asterisk FreePBX və voip texnologiyaları),
• IPSec / VPN texnologiyaları (site-to-site vpn / remote access vpn) haqqında biliklər,
• Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi,
• CCNA / CCNP / CCNA Security sertifikatlarının olması arzuolunandır.

İŞİN TƏSVİRİ:

• İnformasiya təhlükəsizliyinə aid müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq;
• Bankda şəbəkə avadanlıqlarına, şəbəkə və sistem proqramlara ilkin təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
• Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
• İnternetdən, E-mail və (və ya) daxili poçtdan istifadə zamanı informasiya təhlükəsizliyini təşkil etmək;
• Şəbəkə və sistem proqramlarının informasiya təhlükəsizliyini həyata keçirmək;
• Server, şəbəkə və digər sistem avadanlıqlarında zəruri informasiyanın arxivləşdirilməsini və zərurət olduqda bərpasını təşkil etmək;
• Bankın informasiya təhlükəsizliyini yaxşılaşdırmaq və yeniləmək üçün daima araşdırmalar aparmaq və zəruri tədbirlərin görülməsi ilə əlaqədar təkliflər vermək;
• Bankda istifadə olunan İT platformaların və ehtiyat mərkəzinin fasiləsiz fəaliyyətini təmin etmək;
• Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.