Azərsun Holding Proseslərin Təkminləşdirilməsi üzrə Şöbə Müdiri / OPEX (Bakı, İmişli-Biləsuvar) vəzifəsinə işçi axtarır.
Vəzifə tələbləri:
• Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə edilməsi, Proses Mühəndisliyi (və ya Mühəndislik üzrə digər texniki sahələr) ixtisasları üzrə ali təhsili olmalı;
• MBA təhsili olanlara üstünlük veriləcək;
• İstehsalatın Təşkili və İdarə edilməsi, Keyfiyyət İdarə edilməsi sahələrində minimal 4 illik iş təcrübəsi olmalı;
• TPM(Total Productive Maintenance), Lean Manufacturing, KAİZEN və Data Analizi təlimlərini almış və ya tətbiq etmiş olmalı;
• Proseslərin təkmilləşdirilməsi, statistik proses kontrol və erqonomik mövzularda texniki bilik və təcrübəyə sahib olmalı;
• 6 Sigma metodu ilə layihə idarə edilməsi təcrübəsinə sahib olmalı;
• Excel və PowerPoint proqramlarından əla səviyyədə istifadə etməyi bacarmalı;
• Liderlik bacarığı olmalı;
• Təlim vermək bacarığı olmalı;
• Rus və İngilis dili biliyi olanlara üstünlük veriləcəkdir.
İş təsviri:
• Beynəlxalq metodların və standartların tətbiqi ilə proseslərin təkmilləşdirilməsi və israfların azaldılması;
• Proses idarəçiliyi və proses təkmilləşdirilməsi layihələrinə rəhbərlik edilməsi;
• Proseslərin idarəedilməsi və prosesin təkmilləşdirilməsi metodologiyaları üzrə təlimlərin verilməsi;
• Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatların aparılması
• Məlumat bazalı proses təkmilləşdirmələrinin və bunun üçün infrastrukturun yaradılması və idarə edilməsini təmin etməli
• Müəsissə işçiləri ilə birlikdə proseslərin inkişaf etdirilməsi üçün təkmilləşdirmə fəaliyyətlərinin həyata keçirilməsi;
• Aylıq və dövri hesabatlara əsasən data analizi apararaq, nəticələri rəhbərliyə məruzə edilməsi;
• Tədarükçüdən müştəriyə qədər olan proses axışını yerində izləyərək Dəyər Axış Xəritəsinin çıxartılması;
• Mövcud biznes proseslərin təkmilləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanılması;
• İstehsalat müəssisəsində proseslər, əməliyyatlar və məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlilinin edilməsi;
• Proseslər və Məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
• İstehsalat və Biznes prosesləri üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydaların təkmilləşdirilməsi və yenilənməsi
• İşçi heyətinə təlimlərin keçirilməsi, yüksək ixtisaslılıq səviyyəsinin təmin olunması və qorunub saxlanması;
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “OPEX” qeyd etməyiniz xahiş olunur.