VAKANSİYA

15 Sentyabr

Kapital Bank işçi axtarır

Kapital Bank namizədləri İnzibati idarəetmə departamentinin Təmir-tikinti şöbəsinin rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Təmir-tikinti şöbəsinin iş proseduruna əsasən sorğuların icrasına nəzarət;
• Departament rəhbərinə görülmüş işlərlə bağlı hesabatların təqdim edilməsi;
• Şöbənin fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların tələblərinin vaxtında və yüksək peşəkarlıqla icrasını təmin etmək;
• İnşaat bazarı üzrə qiymətlərin araşdırılması və smetaların yoxlanılması;
• Filial və Baş ofisin inzibati binalarında təmir konsepti əsasında aparılan təmir işlərinə nəzarət (kondisioner və havalandırma sistemləri, zəif axın və elektrik işləri, ümumi təmir materialları);
• İnzibati binalarda kommunal təsərrüfatına və icarə ödənişlərinə nəzarət;
• İnzibati binalar və ya mərtəbələr üzrə köçürmə işlərinin aparılması;
• Mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına nəzarət;
• Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər:

• Ali təhsil;
• Sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.