VAKANSİYA

07 Sentyabr

Metak işçi axtarır – VAKANSİYA

“METAK” Hüquqşünas vəzifəsinə işçi axtarır.

İş barədə məlumat:

• Məhkəmə mübahisələrinin hüquqi baxımdan həlli üçün müvafiq tədbirlərin görülməsi (iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.);
• Şirkəti müxtəlif qurumlarda və dövlət orqanlarında, o cümlədən məhkəmələrdə təmsil edilməsi;
• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
• Mülki müqavilələrin və layihələrin hazırlanması;
• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
• Tam məxfiliyə riayət edilməsi.

Tələblər:

• Ali hüquqi təhsil (kommersiya və ya korporativ yönümlü arzuolunandır);
• İxtisas üzrə 3-5 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Dürüst, stresədavamlı, məsuliyyətli.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
• Korporativ nömrə və telefon.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq //job.metak.az/vacancy/show/32 və ya [email protected] ünvanına CV göndərərək 06.10.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.