VAKANSİYA

06 Sentyabr

Melissa Group işçi axtarır 

“Melissa Group” Marketinq meneceri vəzifəsinə işçi axtarır.

Vəzifəyə dair tələblər:

• Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
• Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
• Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
• Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
• Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
• Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
• Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
• Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
• PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
• Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
• Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
• Qiymət strategiyasının işlənib hazırlanması;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
• Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
• Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;

Namizədə olan tələblər:

• Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
• Marketinq marketinq menecer vəzifəsində isə azı minimum 2 il iş təcrübəsinin olması;
• Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
• Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
• Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
• Tikinti sektorunda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

İş günləri : həftədə 6 gün.
Yaş həddi: 27-40
Əməkhaqqı: 1200-1500 azn

CV-lərinizi [email protected] ünvanına "Marketinq meneceri" başlığı ilə göndərməyiniz və ya //melissagroup.az/vakansiyalar/ böməsində müvafiq vakansiyaya müraciət etməniz xahiş olunur.