VAKANSİYA

02 Sentyabr

Azərşəkər işçi axtarır 

Azərşəkər Vergi üzrə mühasib vəzifəsinə işçi axtarr.

Vəzifə ilə bağlı biliklər:

• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
• Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
• Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
• Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
• Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək;
• Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maliyyət mühasibəsinin, anbar mühasibəsinin və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasını, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalaq və daxili mühasibatlıq standartlarına uyğun olmasını təmin etmək və nəzarətdə saxlamaq;
• Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq;
Hesablar planının, eləcə də hesablar planı təlimatının tam şəffaf tətbiq edilməsini təmin etmək.
• Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək, onlara uyğun Şirkətin mühasibatlıq siyasətlərnin və qaydalarını yeniləşdirmək, tətbirlər planını hazırlayıb Maliyyə Direktoruna təqdim etmək;
• Vergi qanunvericiliyində olan dəyişiklikləri izləmək, vergi planlarını həyata keçirmək;

Namizədə tələlər:

• Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı;;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzuolunandır;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzu olunandır)

Əlavə məlumat:

- İş yeri: BEGOC Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Maraqlanan şəxslər öz CV formalarını "Vergi üzrə mühasib" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.