VAKANSİYA

13 Avqust

Mətanət A işçi axtarır – VAKANSİYA

“Mətanət A” şirkəti Baş mexanik vakansiyanı elan edir.

İşin təsviri:

- Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
- Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
- İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək və görülən işləri proqrama daxil etmək, istehsalatın texniki hazırlığını təmin etmək;
- Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq və
- Təmiri ilə bağlı hesabatların və planların hazırlanması
- Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
- Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
- Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

- Təhsil: Ali (Mühəndis-mexanik ixtisası üzrə Univeristeti bitirənlərə üstünlük veriləcək.)
- Yaş həddi: 25-50
- İş təcrübəsi: 5 il iş təcrübəsi olmalı (Sənaye sahələrində çalışanlara üstünlük veriləcək.)
- 2D və 3D (Autocad və SolidWorks) proqramlarını bilməlidir;
- Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
- Dillər: Azərbaycan və Rus dillərini bilməli.

fins.az vakansiya 2021

İş şəraiti:

- İş saatı: 08-00-dan 17-00-dək;
- İş günü: Həftənin 6 günü;
- İstirahət günü: Bazar günü;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən qarşılanır;
- AR ƏM-nə uyğun sənədləşmə;
- İş yeri: İş görüşməsinin ünvanı: AZ 1023-Masazır-2 (Bakı-Sumqayıt şosesi, Masazır qəsəbəsi dairəsinin yaxınlığı)

Şəxsi keyfiyyətləri:

- İşə planlı yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Məsuliyyətlilik;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

Qeyd:

- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur.
- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
- Əlaqə nömrəsi: 050-208-66-95.