VAKANSİYA

09 Avqust

PASHA Bank işçi axtarır – VAKANSİYA

PASHA Bank Baş xəzinədar ( Zaqatala) vəzifəsinə işçi axtarır.

Vəzifənin məqsədi

- Şöbədə xəzinədar tərəfindən aparılan kassa əməliyyatları üzrə cavabdeh olmaq.

Vəzifə öhdəlikləri

• Günün əvvəli pul saxlanılan yerin açılmasında iştirak etmək
• Tabeçiliyində olan xəzinədarların işinə nəzarət etmək, müəyyən perioddan bir onların işini qiymətləndirmək
• Gün ərzində kassada yaranmış problemləri aradan qaldırmaq və ya aradan qaldırılmasına yardımçı olmaq
• Baş xəzinədarı olduğu şöbənin kassasının nağd pul limitinə nəzarət etmək
• Baş xəzinədarı olduğu şöbənin kassasında limitdən artıq vəsait olduqda Baş kassaya məlumat vermək və artıq vəsaiti Baş xəzinəyə göndərmək
• Xəzinədarların gün ərzində ABS-də müxabirləşdirdiyi əməliyyatları sistemdə təstiqləmək, nəğd pul məxarici sənədlərini yoxlamaq və imzalamaq
• Günün sonu və ya ertəsi gün “Günün sənədləri” qovluğuna tikilmiş sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq və imzası ilə təsdiqləmək
• Baş xəzinədarı olduğu şöbədə yerləşən ATM AVMQ və Bankın digər avadanlıqlarının limitlərinə nəzarət etmək
• Depozit qutusu olan müştərilərin qutularından istifadə etməsinə köməklik göstərmək
• Yenidən sayma kassasının işinə nəzarət etmək
• Yeni xəzinədarların banka adaptasiya olmasına və bankın daxili təlimatlarını, iş prosesini və ABS-ni mənimsəməsinə kömək etmək
• Günün sonu tabeçiliyində olan xəzinədarlardan qiymətliləri qəbul etmək (həm fiziki həm də sistemlə)
• Günün sonu pul saxlanılan yerin sayılmasında və bağlanılmasında iştirak etmək
• Kassa kitabının aparılması, kassa üzrə bütün hesabatların hazırlanması
• Müştəri məmnuniyyətinin, habelə kassa işinin fasiləsiz təmin edilməsi məqsədi ilə işçilərin gündəlik fəaliyyətində dəstəyin göstərilməsi
• Avadanlıqların işlək vəziyyətdə olub olmamasına nəzarət edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 5 il
• Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta)
• Kompüter bilikləri: Word, Excel, Outlook
• Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
• Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube

Vəzifə tələblərinə uyğun gələn namizədlərdən CV-lərini [email protected] ünvanına emailin başlığında “Baş Xəzinədar (Zaqatala)” yazaraq göndərmələri rica edilir.

Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.