VAKANSİYA

27 İyul

Kapital Bank  işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Bakı filialları üzrə İpoteka üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

  • Bankın daxili qaydalarına əsasən, İH-nin qəbul etdiyi Xidmət bölməsinin mütəxəssislərinin satış hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində ipoteka üzrə satış planlarını yerinə yetirir.
  • Bankın daxili qaydaları və tarifləri üzrə ipoteka kreditləri, cari hesabların açılması üzrə ərizələri qəbul edir və müvafiq qaydada icrasını həyata keçirir, çarpaz satışa dəstək edir. 
  • Müştərilərin sifarişinə əsasən təhlil aparır və ipoteka  kreditini rəsmiləşdirir
  • Verilmiş ipoteka ipoteka kreditilərin və  problemli ipoteka  kreditiləri üzrə öhdəliklərinin vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatının göstəricilərinə əsaslanaraq təqib aparır.
  • Ipoteka krediti portfelini gecikmələr üzrə tələb olunan keyfiyyət standartında saxlayır

Tələblər :

•          Ali təhsil

•          İpoteka sahəsində ən azı 3 il təcrübə (mütəxəssis 2 il staj)

•          İpoteka və Kredit Zəmanət Fondu xətti ilə rəsmiləşdirilən kreditlər və sənədləşməsi üzrə yüksək biliklərə malik olmalı

•          Maliyyələşm prosesi üzrə iş təcrübəsi ən azı 18 ay

•          Maliyyələşmə üzrə Fondla iş təcrübəsi

•          Maliyyələşmə üzrə müxabirləşmə və vəsaitlərin dövriyyəsi üzrə əməliyyatlar üzrə  biliklərə malik olmalı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.