VAKANSİYA

23 İyul

Kapital Bank işçi axtarır – VAKANSİYA

“Kapital Bank” namizədləri Pərakəndə satış departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsində Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Müştərilərə kredit, taksit, birbank və s. məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək;
  • Müştərilərə müxtəlif sorğuların keçirilməsi ilə bağlı zənglər etmək;
  • Müştərilər tərəfindən kredit məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq;
  • Potensial müştəriləri təhlil etmək və rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək;
  • Potensial müştəriləri Bankın filiallarına yönləndirmək və kredit verilməsi prosesini sona qədər təqib etmək və s.

Tələblər

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Təzyiq altında işləmə qabiliyyəti;
  • Qərar qəbuletmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Müştərilərlə danışma qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.