VAKANSİYA

14 İyul

Unicapital işçi axtarır – VAKANSİYA

Unicapital Hüquqşünas vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri

• Şirkətin bütün funksional sahələri üzrə hüquqi tənzimlənməsini həyata keçirmək;
• Şirkətin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək;
• Tərəf müqabili şirkət olduğu halda müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Şirkətin müştərilər, partnyorlar, nəzarət orqanları və digər şəxslərlə (dövlət/qeyri-dövlət) münasibətlərdə hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təşkil edilməsində iştirak etmək;
• Cəmiyyətə daxil olan sənədlərin qəbulu, qeydiyyatı və uçotunu həyata keçirmək;
• Şöbəyə daxil olmuş aidiyyatı sənədlərin icrasını həyata keçirmək;
• Şirkətin sənəd dövriyyəsi işinin təşkili və xaric olan sənədlərin göndərilməsi üçün zəruri olan tədbirləri həyata keçirmək;
• Şirkətdə sənədlərin bir dildən başqa dilə tərcüməsi işinin təmin etmək;
• Arxiv işinin təşkil edilməsində iştirak etmək;
• Digər şöbələrdən sənədlərin müvafiq akt əsasında arxivə qəbul etmək;
• Akt əsasında sənədlərin yoxlanılması, qəbulu, çeşidlənməsi, tikilməsi, arxiv sistemində struktur üzrə yerləşdirmək;
• Arxiv sənədləri və onların surətləri barədə sorğuları cavablandırmaq;
• Milli Arxiv İdarəsi tərəfindən sənədlərin məhv edilməsi prosesinin həyata keçirilməsinə yardım və nəzarət etmək.
• Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
• Biznes proseslərini bilmək;
• Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
• Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Namizəd üçün tələblər

• Ali hüquqi təhsil;
• İnvestisiya fəaliyyətinin əsaslarını bilmək;
• Müvafiq sahə üzrə 1 il və daha artıq iş təcrübəsi;
• Azərbaycan və Rus dilləri üzrə sərbəst, İngilis dili üzrə “İntermediate” səviyyəsində bilik;
• Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
• Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həllində təcrübə;
• Korporativ davranış normalarını bilmək;
• Korporativ müştərilərlə iş zamanı istifadə edilən öz sahəsi ilə əlaqədar Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;

İş şəraiti barədə məlumat:

- İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
- Ünvan: Azure Business Center
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında müəyyən olunacaq.

Müraciət etmək üçün [email protected] email ünvanına “Hüquqşünas” mövzusu ilə “CV”nizi göndərə bilərsiniz.