VAKANSİYA

09 İyul

Bakı Sığorta işçi axtarır – VAKANSİYA

Bakı Sığorta” ASC “Subroqasiya üzrə mütəxəssis (hüquqşünas)” vəzifəsinə işçi axtarışı elan edir.

İş barədə məlumat:

• Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
• Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
• Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, məhkəmə proseslərində iştirak və məhkəmə-icra işinə nəzarət olunması;
• Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı məlumatın verilməsi;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

• Hüquq sahəsi üzrə ali təhsil;
• Qanunvericilik biliyinin mükəmməl olması;
• Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, ingilis dili və rus dili biliyi.
• Ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• Öz fikirlərini aydın ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı.
İş şərtləri

- Həftə içi 5 gün, saat 09:00-18:00-dək
- “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.