VAKANSİYA

14 İyun

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Ünvanda təqib şöbəsinə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi
• Problemli borcalanlar ilə görüşlərin keçirilməsi
• Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb etmək
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək
• Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək.

Tələblər

• Ali təhsil
• Tələb olunan sahə üzrə 1 illik iş təcrübəsi
• Kompüter bilikləri (ofis proqramları)
• Detallara qarşı diqqətli, təzyiqə davamlı.
• Komandada işləmə bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.