VAKANSİYA

11 İyun

Beynəlxalq Bank işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal innovasiyaların tətbiqi departamentinə back-end mühəndisi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

Gənc və peşəkar kollektivdə çalışmaq imkanı

Yüksək komanda ruhunda əməkdaşlıq;

Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  

Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;

Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;

Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;

Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;

Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;

Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;

Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;

Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.

Bizim üçün uyğun namizəd:

Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsi;

Java8, Java EE, Spring Boot üzrə təcrübə;

Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə

RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübə;

Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklər;

Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə bilikləri; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)

Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması bilikləri;

Agile Scrum metodologiyası barədə məlumatlı;

Mikroservis arxitekturası üzrə biliklər;

PL/SQL  bilikləri;

Agile komandasında proqramçı  kimi iş təcrübəsi;

Güclü problem həll etmə bacarığı, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahibdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back-end mühəndisi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az