VAKANSİYA

08 İyun

Beynəlxalq Bank işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Proqram təminatının inkişafı departamentinə QA tester vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Biznes proseslərin manual testinin avtomatlaşdırılması;
  • Servis testlərin icra edilməsi;
  • Manual testlərin icra edilməsi;
  • Test keys və Test planın hazırlanması;
  • Test avtomatlaşdırılan proseslərin monitorinqinin həyata keçirilməsi;
  • Servis testlərin avtomatlaşdırılması.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Minimum iki il iş təcrübəsinə sahib;
  • Java və SQL üzrə təcrübəyə sahib;
  • Bank proseslərini bilən və təcrübəyə sahib (arzuolunandır);
  • QA, Cİ sahəsi üzrə biliklərə sahib;
  • DB sahəsi üzrə biliklərə sahib;
  • BPM / Ibus üzrə biliklərə sahib (üstünlükdür).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının QA tester göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az