VAKANSİYA

08 İyun

PAŞA Bank işçi axtarır – VAKANSİYA

“PAŞA Bank” ASC olaraq Virtual Filial Şöbəsin KOS/Koporativ Müştərilərə Dəstək qruplarında Kiçik Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Vəzifənin məqsədi

Xarici və daxili müştərilərdən daxil olan zəng və bütün alternativ kanallar vasitəsilə Bank məhsul və xidmətlər ilə bağlı məlumatlarının təqdim edib satış yönüllü məsləhət verilməsi və prosedurlara uyğun olaraq Bank proqramları vasitəsilə müxtəlif əməliyyatların aparılmasına , şikayətlər və təklifləri qəbul edib prosedurlara uyğun qeydiyyat aparılmasına , Online məhsullar ilə bağlı müştərilərə dəstəyin göstərilməsinə, bütün nağdsız əməliyyatların səmərəli, şəffaf və dəqiq icra edilməsinə və qrupun yüksək keyfiyyətli perfomansına görə məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri

• Korporativ/KOS Müştərilərdən daxil olan zənglərinin vaxtında və keyfiyyətli cavablandırması
• Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması
• Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması
• Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması.
• Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi
• Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq bütün növ müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
• Bütün sifarişlərin, əməliyyatların və müştəri ödənişlərinin və onunla əlaqədar əməliyyatların təyin edilmiş limitlər çərçivəsində təsdiqlənməsi.
• Xarici və daxili müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi. Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və tələblərin bank sistemində limitlər çərçivəsində təsdiq edilməsi. Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi.
• Müvafiq prosedurlara uyğun olaraq məlumat bazasının və müştəri ilə əlaqədar məhsullar üzrə standart və güzəştli tarif məlumatlarının tələblərə uyğun olaraq sistemlərdə yenilənməsi. Daxili prosedurlara uyğun olaraq qərarvermə limitlərinə nəzarət edilməsi. Periodik olaraq məlumat bazasının yoxlanılması.Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtında və dəqiq icrasını təmin etmək üçün bütün tranzit hesabların yoxlanılması;
• Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi və icra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi
• Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi.
• Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq
• Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
• Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
• Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
• Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
• Bazar üzrə biliklər:
• Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “KOS/Koporativ Müştərilərə Dəstək/Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.