VAKANSİYA

08 İyun

Azərikard işçi axtarır – VAKANSİYA

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (İT yönümlü).

Vəzifə öhdəlikləri:

• Şirkət üzrə mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
• Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
• Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
• İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
• Dəyişikliyin idarə olunması prosesində iştirak;
• Biznes prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
• Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
• Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
• Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
• İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.

Tələblər:

• İş təcrübəsi: Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət İT risklərinin idarə edilməsi, İT təhlükəsizlik və ya İT sahəsi üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
• Təhsil: ali təhsil (iqtisadi, informasiya texnologiyaları və ya tətbiqi riyaziyyat ixtisası üzrə);
• Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili mütləqdir, İngilis dili arzuolunandır;
• Üstünlüklər: İT risk, audit sahələrində təcrübə və sertifikatlara üstünlük verilir;
• Komputer və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servisəlrini anlamaq
• Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər.

Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.