VAKANSİYA

07 İyun

Rabitəbank işçi axtarır – VAKANSİYA

Rabitəbank” ASC Rəqəmsal məhsulların inkişafı şöbəsinə Mobil bankçılıq üzrə Məhsul meneceri vakansiyasını elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Rabitəbankın Mobil Bankçılıq məhsulu üzrə təkmilləşdirilmələrinin aparılması üçün daxili və kənar dizaynerlərlə, programçılarla, digər strukturlar ilə sıx işləmək və mobil bankçılıq məhsulunun inkişaf etdirilməsinə tam cavabdehlik daşımaq;
- Məhsulların funksionallığının artırılması istiqamətində işçi qrupunun fəaliyyətində birbaşa iştirak etmək və prosesə nəzarət etmək;
- Məhsullara uyğun testləri həyata keçirmək, nəticələrin təhlili və monitorinqini aparmaq;
- Məhsul satışının həyata keçirilməsi üçün uyğun strukturlarla mütəmadi əməkdaşlıq və birgə fəaliyyət göstərmək;
- Rəqəmsal məhsulun kontent və mövqeləndirmə işinin marketinq departamentinin uyğun şöbə və şəxsləri ilə koordinasiya etmək;
- Sahəyə uyğun olaraq iş planı, strateji baxış tapşırıqları, KPİ-ların icra edilməsini təmin etmək və bunun üçün uyğun strukturlarla əməkdaşlıq etmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsil;
- Rəqəmsal Marketinq və ya məhsul inkişafı sahəsində ən az 3 – illik iş təcrübəsi;
- MS Office proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
- Komandada və fərdi işləmək qabiliyyət;
- Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhsul Meneceri” göstərməyiniz xahiş olunur.