VAKANSİYA

27 May

 Maliyyə analitiki – VAKANSİYA

PAŞA Holdinq Qrup üzrə Maliyyə və İT departamentində Maliyyə Analitiki vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

Vakansiyanın təsviri:

• Törəmə müəssisələrin maliyyə və qeyri maliyyə məlumatlarının, eyni zamanda müqayisəli təhlili;
• Rəhbərliyə təqdim olunan aylıq alətlər paneli/hesabatlar/təhlillərin (BI alətində yaradılmış) saxlanılması və davamlı olaraq yenilənməsi;
• Günlük/Həftəlik hesabatlaın hazırlanması;
• Mövcud MİS (Məlumatların İdarəedilməsi Sistemi) infrastrukturu və məlumatların toplanması axınlarına dəstək, onların saxlanılması və inkişaf etdirilməsi;
• Qrup daxilində müasir strateji maliyyə modelləri və müvafiq strukturun idarəedilməsi və yenilənməsi;
• MİS infrastrukturu daxilində icra olunacaq nümunələrin qəbulu və əlavələrlə dəstək;
• Qrup Hesabat Çərçivəsinin, Standartlar, Tələblər və aidiyyatı işlərin uyğunlaşdırılması prosesinin gücləndirməsi üçün davam edən icmal və fəaliyyətlərə yardım;
• Müxtəlif analitik ehtiyaclara dair qrup funksiyaları, şöbələr ilə əlaqələrin yaradılması, birgə iclaslar/statistik təhlillərin keçirməsi;
• Qrup funksiyaları və Rəhbərliyinə əlavə dəstək;

Tələb olunan təcrübə, səriştə və bacarıqlar:

• Maliyyə və/və ya əlaqədar sahələrdə bakalavr dərəcəsi;
• Sahəyə dair 4 il iş təcrübəsi, Qrup daxilində olması üstünlük təşkil edir;
• Yüksək səviyyədə Excel, PowerPoint proqram təminatı biliyi, BI alətləri ilə işləmə bacarığına üstünlük verilir;
• Azərbaycan, ingilis və rus dillərinin biliyi;
• Bankçılıq və Sığorta bazarılarının biliyi (hər ikisi üstünlük təşkil edir);
• ACCA, CIMA, CPA, CFA və digər maliyyə ilə əlaqəli sertifikatların olması üstünlükdür;
• Güclü analitik yanaşma tərzi və yaradıcılıq qabiliyyəti, ifadə və ünsiyyət bacarıqları, qısa təyin olunan son tarixlərə görə işləmə, komandada işləmə bacarıqları.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Maliyyə Analitiki” qeyd olunmalıdır;
• CV-lər 14 iyun, 2021-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Namizədlər ilkin CV baxışından keçiriləcək. Yalnız CV-sinin qəbul edildiyi namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə yaradılaraq müsahibəyə dəvət olunacaq.