VAKANSİYA

24 May

Mal-material üzrə mühasib – VAKANSİYA

Şirkət: “ADORE kompani” MMC”  (İdeal perfumery cosmetics/Sabina perfumery cosmetics)
Vəzifə: “Mal-material üzrə mühasib”

Namizədə tələblər

  • Xanım namizədlər
  • Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə);
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) və  1 C 8.2 proqramında sərbəst işləmək təcrübəsi;
  • Məsuliyyətli və işində dəqiq olmaq;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış  keyfiyyətlərinə malik olmaq;

İşin təsviri

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
    Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunun təmin edilməsi;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Müəssisənin nümayəndəliklərində mal-materiala və əsas vəsaitlərə cavabdeh olacaq maddi-məsul şəxslərin təyin edilməsi və müəyyən dövr ərzində nümayəndəliklərdən mal-material və əsas vəsaitlərin inventarizasiyasını tələb etmək;
  •  Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin Maliyyə Nazirliyinin normativ hüquqi aktlarına uyğun şəkildə tərtib edilməsinə nəzarət etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunması;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunması;
  • Şöbə müdiri və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;

İş şərtləri

  • İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun;
  • İş vaxtı 09:00 – 18:00;
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Əmək haqqı müsahibə əsnasında;

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini gözlənilən əmək haqqını qeyd etməklə  [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mal-material üzrə mühasib qeyd etmələri xahiş olunur.