VAKANSİYA

20 May

Product & Marketing Chapter Lead – VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri “Product Marketing Chapter Lead” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Təcrübə

• Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya digər uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili
• Marketinq, satış və müştəri loyallığının təmin edilməsi istiqamətində kampaniyaların yaradılması və idarə edilməsi üzrə uğurlu iş təcrübəsi
• Marketinq kommunikasiyaları və/ya yeni məhsulların yaradılması sahələrində təcrübə
• Rəqəmsal marketinq üzrə bilik/təcrübə
• Marketinq büdcəsinin effektiv idarə edilməsi, nəticələrin proqnozlaşdırılması və hesabatı üzrə praktiki təcrübə
• Minimum 4 il marketinq üzrə iş təcrübəsi
• Liderlik təcrübəsi və əlaqəli tərəflərlə işin təşkili bacarıqları
• Mentorluq və geribildirim bacarıqları
• Sığorta sahəsi üzrə bilik və təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
• Agile mühitdə iş təcrübəsi olan namizədlərə üstünlük verilir

Biliklər

• Rəqəmsal və ənənəvi kommunikasiya kanalları üzrə yüksək biliklərə sahib olmaq
• Peşəkar münasibət
• Excel bacarıqlarına üstünlük veriləcəkdir
• Analitik təhlillərə əsaslanan qərarlar vermək
• Azərbaycan və ingilis dillərini səlis bilmək
• Rus dilini bilənlərə üstünlük veriləcəkdir

Bacarıqlar

• Güclü ünsiyyət bacarığı
• Dəyişən prioritetlərə yüksək hazırlıq
• Komanda ilə işləmək bacarığı
• Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları
• Intizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı

Son Müraciət Tarixi: 28 May 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını Product Marketing Chapter Lead “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.